Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq

18.09.2025

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ABŞ prezidentinin xanımı Melaniya Tramp Böyük Britaniyaya dövlət səfəri zamanı ukraynalı uşaqların hazırladığı ipək yaylıq alacaq.
Reyting.az
xəbər verir ki, yaylıq “Biz yenidən xəyal edə bilərik” rəsm əsərinin bir hissəsidir və Melaniya Trampın ukraynalı uşaqlara dəstəyinə görə simvolik bir mükafat rolunu oynayacaq.
Xatırladaq ki, ABŞ-nın birinci xanımı bundan əvvəl Rusiya prezidenti Vladimir Putinə ukraynalı uşaqların acınacaqlı vəziyyəti ilə bağlı məktub ünvanlayıb.
Qeyd edək ki, rəngarəng yaylıq rəssam Mariya Dykalo ilə birlikdə Londondakı Müqəddəs Məryəm Ukrayna Məktəbinin tələbələri tərəfindən hazırlanıb. Parça uşaqların gələcək arzularını - ailələri, evləri və sevimli ev heyvanları ilə görüşlərini təsvir edir və Londonda yerləşən “Aspinal” şirkəti tərəfindən hazırlanıb.
ABŞ prezidenti Donald Tramp isə üzərində prezident möhürü olan xüsusi hazırlanmış qırmızı qutu alacaq. Belə qutudan ənənəvi olaraq Britaniya nazirləri rəsmi sənədlər üçün istifadə edirlər və siyasi hakimiyyətin simvoludur.
V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью