Trampın xüsusi elçiləri Zelenski və Putinlə görüşəcəklər

04.09.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner həftəsonu Moskva və Kiyevə səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə “Axios” ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Uitkoff və Kuşner sentyabrın 4-də Moskvaya səfər edəcək, sentyabrın 5-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə, ayın 6-da isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью