Icma.az bildirir, Reyting.az portalına istinadən.
Stiv Uitkoff
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna paytaxtı Kiyevə səfər edəcəyinə bildirib.
Reyting.az xəbər verir ki, o, bunu Davosdakı Ukrayna Evində səhər yeməyindən sonra deyib.
Bununla belə Uitkoff Ukraynaya nə zaman səfər edəcəyini açıqlamayıb, “yaxın gələcəkdə”,- deyrək konkret tarix barədə ətraflı məlumat verməkdən imtina edib.
Bundan əlavə, Ukrayna səhər yeməyindəki çıxışı zamanı Uitkoff Moskvadakı görüşdən sonra sülh danışıqlarının Əbu-Dabidə davam etdiriləcəyini bildirib: “Bu axşam Moskvaya yola düşürük. Gecələməyəcəyik. Birbaşa Əbu-Dabiyə gedirik. Bu vacibdir, çünki Əbu-Dabidə işçi qrupları olacaq”.
Xatırladaq ki, Ukrayna nümayəndə heyəti Davosda ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla görüşüb. Danışıqların əsas mövzuları iqtisadi inkişaf, müharibədən sonrakı yenidənqurma və Ukrayna üçün təhlükəsizlik təminatları olub.
Uitkoff həmçinin Ukrayna-Rusiya müharibəsində sülhə nail olmaq səylərinə nikbin baxdığını və yalnız bir məsələnin həll olunmalı olduğunu bildirib.
E. KAMAL