Trampın xüsusi elçisi yaxın günlərdə Rusiyaya səfər edəcək

01.08.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 1 avqust , AZƏRTAC

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff yaxın günlərdə Rusiyaya səfər edəcək.

AZƏRTAC-ın məlumatına görə, bunu Prezident Donald Tramp açıqlayıb. Səfər xüsusi elçinin İsrailə səfərindən sonra baş tutacaq. Ziyarət ABŞ-ın Ukrayna ilə münaqişəyə son qoyması üçün Rusiyaya verdiyi vaxtın bitdiyi ərəfəyə təsadüf edir.

Tramp həmçinin, yeni müddət bitdikdən sonra Rusiyaya sanksiyalar tətbiq edəcəyini və bu müddətin bitməsinə təxminən səkkiz gün qaldığını bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью