Trampın xüsusi nümayəndələri istanbula gələcəklər

13.05.2025

Icma.az, Ayna saytına istinadən bildirir.

Vitkoff və Kelloq Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlarda iştirak edəcəklər

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Keyt Kelloq Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlarda iştirak etmək üçün İstanbula gələcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

 “Stiv Vitkoff və Keyt Kelloq Rusiyanın Ukraynadakı müharibəsinə necə son qoyacağına dair mümkün danışıqlar üçün cümə axşamı İstanbula gedəcək”, - deyə agentlik bildirib.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva mayın 15-də İstanbulda keçiriləcək danışıqlara hazırlığı davam etdirir.

Mayın 11-də ABŞ Prezidenti Donald Tramp Putinin Ukrayna münaqişəsi ilə bağlı İstanbulda danışıqlar təklifinə cavab verərək bildirib ki, Kiyev buna razı olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью