Trampın xüsusi nümayəndəsi: Həmas bütün girovları azad etməsə, məhv ediləcək

21.02.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fələstinin radikal HƏMAS hərəkatı 2023-cü ildə qaçırdığı bütün israilli girovları geri qaytarmasa, məhv ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın girovlar üzrə xüsusi nümayəndəsi Adam Behler deyib.

“Mən olsaydım, hamını azad edərdim, əks halda onlar hazırda tam məhvlə üz-üzədirlər”, - deyə o bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu əvvəlki açıqlamasında radikalların israilli girov Şiri Bibasın cəsədi əvəzinə naməlum Qəzzanın cəsədini təhvil verdiklərini bildirmiş və bunun bölgədə atəşkəs razılaşmasının alçaqcasına pozulması olduğunu bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью