Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İran nümayəndə heyəti ilə BMT Baş Assambleyası çərçivəsində keçirilən dolayı danışıqların nəticəsindən nikbin danışıb.
Modern.az xəbər verir ki, Uitkoff bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə uzunmüddətli danışıqlar aparılıb. Görüşlərdə vasitəçilər iştirak edib və gün ərzində tərəflər arasında əlaqələndirmə aparıblar.
“Onlar müzakirələrin növbəti mərhələsini uğurla başa çatdırdılar. Ümid edirik ki, bu müzakirələr konstruktiv və perspektivli olacaq”, – deyə Uitkoff yazıb.
ABŞ prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, vasitəçilər öz fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, bundan əvvəl Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin çərşənbə axşamı BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə görüşdüyü bildirilmişdi.
ABŞ Prezidenti Donald Tramp görüşün üç saat davam etdiyini və “çox yaxşı keçdiyini” açıqlamışdı.