Trampın xüsusi nümayəndəsi Putinlə görüşmək üçün Moskvaya səfər etməyi planlaşdırır

11.03.2025

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkov Moskvaya səfər etməyi planlaşdırır. Məqsəd Rusiya Prezidenti Vladimir Putinlə görüşməkdir.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin jurnalisti Annemari Hordern özünün “X” sosial media hesabında məlumat verib.

O bildirib ki, bu barədə ona Ağ Evdəki mənbələr məlumat verib.

Xatırladaq ki, fevralın 11-də də Vitkov xüsusi səfərlə Moskvaya səfər etmişdi.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью