Trampın xüsusi nümayəndəsi sabah Polşaya səfər edəcək

17.02.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq fevralın 18-də Polşaya səfər edəcək.

Missiya.Az “LeMonde” nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşa Prezidentinin müşaviri Voyciech Kolarski məlumat verib.

O bildirib ki, amerikalı siyasətçinin Varşavada Polşa Prezidenti Anjey Duda ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, səfər ABŞ və Rusiya Prezidentlərinin Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar aparmaq istədiklərini bildirdikləri vaxta təsadüf edir.

Xatırladaq ki, bundan öncə Kelloqun fevralın 20-də Ukraynaya səfər edəcəyi barədə məlumatlar var idi.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью