Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff İsrailin "Mossad" kəşfiyyatının rəhbəri Devid Barnea ilə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" portalı məlumat verib.
Görüşdə, həmçinin İsrailin strateji planlaşdırma naziri Ron Dermer də iştirak edib. Görüş qeyri-rəsmi şəraitdə baş tutub.
Mənbələrin bildirdiyinə görə, Stiven Uitkoff israillilərlə ABŞ-İran nüvə danışıqlarını müzakirə edib. Görüş zamanı İsrail nümayəndələri Romada İranla danışıqların ikinci raundundan əvvəl Vaşinqtonun mövqeyinə təsir göstərməyə çalışıblar.