Trampın xüsusi nümayəndəsi: Ukrayna NATO ya üzv olmayacaq, bu məsələ müzakirə olunmur

19.04.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bizim fikirlərimiz tamamilə aydındır. Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil”.

APA xəbərinə görə, bunu ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq “FOX News” telekanalının efirində söyləyib.

O, bildirib ki, ölkəsinin bu məsələ ilə bağlı mövqeyi yeni deyil:

“Hələ 2008-ci ildə Rusiyadakı səfirimiz Uilyam Berns o vaxtkı dövlət katibi Kondoliza Raysa Ukraynanın NATO-nun üzvünə çevrilməsinin əlçatmaz məqsəd olduğunu açıqlamışdı”.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin istəyinə zidd olaraq bu ölkənin NATO-nun üzvü olmayacağını bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью