Trampın xüsusi nümayəndəsi vədlərinə əməl etmir

21.06.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


İran və ABŞ arasında danışıqların bərpası üçün Vaşinqton İsraildən İrana hava hücumlarını dayandırmağı tələb etməlidir.
Reyting.az
xəbər verir ki, bunu İranın Xarici işlər naziri Abbas Əraqçi “NBC News” telekanalına müsahibəsində deyib.
“Əgər amerikalılar diplomatiyaya qayıtmaqda ciddidirlərsə, o zaman döyüşü dayandırmaq üçün Vaşinqtondan Təl-Əvivə yalnız bir telefon zəngi lazımdır. Onlar bu prosesi çox tez dayandıra bilərlər və bundan sonra biz diplomatiyaya yenidən baxacağıq”,- deyə Əraqçi əlavə edib.
İranın Trampın tələb etdiyi kimi uranın zənginləşdirilməsindən əl çəkməyəcəyini deyən Əraqçi bunu ABŞ prezidentinin nümayəndəsi Steve Vitkoffa açıq şəkildə ifadə etdiyini bildirib.
“Mən ona bir neçə dəfə demişəm ki, sıfır zənginləşmə mümkün deyil. O, verdiyi vədlərə əməl etmədiyi üçün indi aramızda inamsızlıq yaranıb”,-İran rəsmisi deyib.
Bununla belə, o, Vitkoffla əlaqə saxlamağa davam edir. Əraqçi əlavə edib ki, “bu, danışıqlar demək deyil. Onlar bizdən danışıqlar aparmağı xahiş etdilər, lakin biz yalnız danışıqlar olanda danışıqlar aparırıq, diktə yox”.
ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью