Trampın xüsusi nümayəndəsinin Moskvada Putinlə söhbəti 3,5 saat davam edib

12.02.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü iddia edilir. 

Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Moskvada Putinlə danışıb. Onun Kreml rəhbəri ilə söhbəti təxminən 3,5 saat davam edib.

Qeyd olunub ki, Ağ Ev iddia edilən danışıqlarla bağlı məlumatları şərh etməyib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью