Trampın yeni hədəf siyahısı üzə çıxdı: İranı nə gözləyir?

18.07.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Ağ Evin “Vəziyyət Otağında” (“Situation Room”) keçirilən görüşdə İrana dair ona təqdim olunan yeni hərbi planları nəzərdən keçirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Axios” xəbər platforması üç ABŞ və bir İsrail rəsmisinə istinadən məlumat yayıb.

ABŞ rəsmiləri bildiriblər ki, planlara elektrik stansiyaları kimi İranın infrastruktur obyektlərinin hədəf alınması, nüvə obyektlərinə qarşı hücumların intensivləşdirilməsi, eləcə də “Pickaxe Mountain” kimi tanınan yeraltı komplekslərin bombalanması daxildir.

Hücumlarla bağlı hələlik yekun qərarın əldə edilmədiyini bildirən rəsmilər, Trampın Tehran administrasiyasını Hörmüz boğazını açmağa və nüvə proqramı ilə bağlı tələbləri qəbul etməyə məcbur edəcək səviyyəyə çatdırmaq üçün “hərbi təzyiqi artırmağı” nəzərdə tutduğunu irəli sürür.

Bu arada İsrail rəsmisi iddia edib ki, ABŞ administrasiyası yaxın günlərdə İsrailə daha onlarla “Boeing KC-135 Stratotanker” tipli yanacaq doldurma təyyarə göndərməyi planlaşdırır və artıq bu plan barədə İsrail hökumətini məlumatlandırıb.

ABŞ-nin hazırda Ben-Qurion və Ramon beynəlxalq hava limanlarında təxminən 60 yanacaqdoldurma təyyarəsi yerləşdirdiyini qeyd edən rəsmi şəxs bildirib ki, məqsəd əlavə təyyarələrin planlaşdırılan yerləşdirilməsi yolu ilə bu sayı ABŞ-İsrail/İran qarşıdurmasının başlanğıcındakı səviyyəyə çatdırmaqdır.

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью