Trampın yeni hədəfi SƏHİYYƏ NAZİRLİYİ: İşçilər ixtisara salınacaq

07.02.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp administrasiyasının Səhiyyə və İnsan Xidmətləri Departamentində (HHS) çalışan minlərlə işçini ixtisar etmək üçün fərman üzərində işlədiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, The Wall Street Journal (WSJ) Səhiyyə Nazirliyi ilə bağlı məsələdən xəbəri olan şəxslərin səsləndirdiyi iddialar barədə məlumat yayıb.

Gələn həftə veriləcəyi deyilən fərmanın ABŞ Qida və Dərman Administrasiyasının (FDA), eləcə də ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) əməkdaşlarına təsir edəcəyi iddia edilib.

Sözügedən fərmanın təfərrüatlarının dəqiqləşdirilmədiyi bildirilsə də, administrasiyanın fərmandan imtina edə biləcəyi də bildirilib.

Digər tərəfdən, Ağ Ev dünən HHS ilə bağlı fərmanın veriləcəyi ilə bağlı iddiaları təkzib edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью