Trampın yeni İran planı 90 təyyarə, “Patriot”: Tehrandan isə HƏDƏ

31.10.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, İsrailin “Kanal 14” telekanalının məlumatına görə, ABŞ ordusu son 48 saat ərzində Yaxın Şərqdə görünməmiş miqyasda hərbi hava daşımaları həyata keçirib.
Məlumata əsasən, ABŞ-a məxsus 10 hərbi yük təyyarəsi və 80 yanacaqdoldurma təyyarəsi İsraildəki hərbi bazalara yerləşdirilib.

Bununla yanaşı, ABŞ hərbi yük təyyarələrinin region ölkələrinin hava hücumundan müdafiə sistemlərini gücləndirmək məqsədilə İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytə də göndərildiyi bildirilir.

Hələlik ABŞ və İsrail rəsmiləri bu məlumatları rəsmi şəkildə təsdiqləməyiblər.
İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, ABŞ İrana qarşı daha bir hücum edərsə, o zaman müharibə alovu daha geniş coğrafi ərazini bürüyəcək.

Mürtəza
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью