Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gəldikdən sonra yeni prezidentin formalaşdıracağı kabinetdə ola biləcək mümkün adlarla bağlı müzakirələr başlayıb.
Publika.az xəbər verir ki, 2025-ci il yanvarın 20-də and içəcək Trampın formalaşdıracağı ən çox gözlənilən kabinet üzvləri xarici işlər naziri, müdafiə naziri, maliyyə naziri, ədliyyə naziri və milli təhlükəsizlik müşaviridir.
ABŞ-ın yeni prezidenti Trampın təyinatını gözləyən 4 mindən çox vəzifədən təxminən 1200-ü Senatın təsdiqinə tabedir.
Yeni xarici işlər naziri üçün namizədlər Amerika mətbuatına görə, yeni kabinetdə eyni vəzifə üçün daha əvvəl Trampın xarici işlər naziri vəzifəsini icra edən Mayk Pompeonun adı çəkilir.
Trampa yaxınlığı ilə tanınan Pompeo 2017-2018-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsində də çalışıb.
Uzun illər Florida senatoru kimi respublikaçılar arasında güclü yer qazanan və Trampla yaxın münasibətdə olan Marko Rubionun adı da bu post üçün hallanır.
Bu adlara əlavə olaraq Arkanzas senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Tom Kotton, Tramp dövründə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışan Robert O Brayen, Tramp dövründə ABŞ-ın Berlindəki səfiri vəzifəsində çalışmış Rik Qrenell və Tennessi senatoru Bill Haqerti də qeyd edilir.