Trampın “yeni kursu”: Rus neftinin yolu açılır

21.10.2026

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu, indiyə qədər Qərbin apardığı sanksiya və təcrid siyasətinin, Rusiyanın kölgə donanmasına aid gəmilərin “ovlanması” kursunun tam əksidir.
Trampın əsas məqsədlərindən biri Konqresə aralıq seçkilər (Midterm) ərəfəsində ABŞ-nin daxili bazarında yanacağın ucuzlaşması və inflyasiyanın cilovlanmasıdır.
Eyni zamanda, "Lukoil"un Rusiyadan kənarda yerləşən 20-22 milyard dollarlıq aktivlərinin Trampa yaxın biznesmenlərə (hazırda ən çox Todd Boelinin adı hallanır) satılması üçün danışıqlar gedir. Qərb mediasına görə, "Lukoil" məsələsi hazırda ABŞ və Rusiya arasında Ukrayna müharibəsinə son qoymaq üçün aparılan gizli danışıqların əsas elementlərindən birinə çevrilib. Burada çox maraqlı detallar var.
Məslə ondadır ki, “Lukoil”un alınmasının əsas xərcini BƏƏ və Qətərin investisiya fondları öz üzərinə götürür (Dha dəqiqi, xərc onların üzərinə qoyulur). ABŞ hökuməti isə heç bir pul ödəmədən 15%-ə və həlledici söz hüququna sahib olacaq, gəlirlər ABŞ xəzinəsinə axacaq.
Belə bir sxem yaranır: ruslar satır, ərəblər ödəyir, ABŞ isə durduğu yerdə milyardlar qazanır. Burada Putinin marağı nədir? Böyük ehtimalla, Ukraynadakı müharibədə ABŞ-nin ən azı neytrallığına, idealda isə passiv köməyinə nail olmaq. Və həmin kömək, deyəsən, özünü çox gözlətməyəcək.
Təbii ki, Zelenski və Ukraynanın Avopadakı müttəfiqləri bu vəziyyətdən olduqca narazıdırlar. Onlar Trampın qərarını "Putinə verilən hədiyyə" və “Rusiyanın müharibə büdcəsinə investisiya” adlandırırlar. Tramp Zelenskini Rusiyanın neft emalı müəssisələrinə zərbələri dayandırmağa çağırsa da, Ukrayna lideri mənfi cavab vermişdi. Cavabında Tramp bəyan edib ki, Ukrayna xalqının yeni prezident seçməsinin vaxtı çatıb.
Deyəsən, Zelenskinin başının üzərində buludlar sıxlaşır. Ayı ilə şir əlbir olmağa başlayırlar...
V.Məmmədov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью