Trampın yeni planı dünyanı necə dəyişəcək?

29.01.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Tramp administrasiyasının əsas məqsədi 2000-ci ildən sonra formalaşmış beynəlxalq təhlükəsizlik sisteminin, yəni köhnə nizamın dağılması və yerində ABŞ-ın nəzarət etdiyi yeni nizamın qurulmasıdır. Əslində, əvvəlki nizam hələ də ABŞ tərəfindən müəyyən dərəcədə idarə olunurdu”. 
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, lakin bu nizam zəiflədiyi üçün ABŞ prosesi sürətləndirir və yeni təhlükəsizlik arxitekturasını formalaşdırır:
“Bunun əsas məqsədi ABŞ-ın qlobal supergüc mövqeyini qoruyub saxlamaqdır. Xüsusən Soyuq Müharibədən sonra ABŞ-nin təşkilatlı dünya sistemi formalaşmışdı və Çin artıq bu sistemin rəqibi kimi ortaya çıxıb. Beynəlxalq sistem zəiflədiyi üçün Amerika hadisələrə qabaqlayıcı şəkildə müdaxilə edərək hegemonluğunu qorumaq üçün yeni təhlükəsizlik sistemini qurur. Tramp administrasiyasının addımları da məhz bu məqsədə xidmət edir. Konkret regionlara baxdıqda, Venesuela, Kuba və Qrenlandiya məsələləri önəm daşıyır. Buradakı hədəflərdən birincisi, Çin investisiyalarının və təsirinin bu regionlardan çıxarılmasıdır. Məsələn, Çin Venesuelada və digər Latin Amerikası ölkələrində investisiyalar qoyur, Qrenlandiyada isə Arktika resurslarına təsir imkanları əldə edir. ABŞ məqsədi regionu öz nəzarətində saxlamaqdır”.
O deyib ki, ikinci əsas məqsəd "Monro Doktrinası"nın yenidən tətbiqidir:
“Bu doktrina Qərb Yarımkürəsində digər ölkələrin müdaxiləsinin qarşısını alır və yarımkürəni ABŞ-nin nəzarətində saxlayır. Tramp administrasiyası bu prinsipi yenidən aktiv şəkildə həyata keçirir. İran məsələsi isə daha mürəkkəbdir. ABŞ üçün İran həm Çinə qarşı strateji əhəmiyyət daşıyır, həm də İsrailin təhlükəsizliyini təmin etmək baxımından kritik ölkədir. Beləliklə, ABŞ Qərb Yarımkürəsində hegemonluğu qoruyur, həmçinin Avrasiyada, Yaxın Şərqdə və digər strateji bölgələrdə Çin və digər rəqiblərə qarşı geosiyasi təsirini artırır”.
İranla bağlı vəziyyət isə daha çoxşaxəli xarakter daşıyır. Ekspertin fikrincə ABŞ üçün İran həm Çinin regional genişlənməsinin qarşısını almaq üçün strateji sədd, həm də İsrailin təhlükəsizlik zəmanəti baxımından önəmlidir. Beləliklə, Ağ Ev bir tərəfdən öz yaxın coğrafiyasında mütləq hakimliyini bərpa edir, digər tərəfdən isə Avrasiya və Yaxın Şərqdə geosiyasi rəqiblərinə qarşı təzyiqi artırır.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью