Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"ABŞ Prezidenti Donald Trampın öz postuna qayıtması demokratların hakimiyyətdə olduğu dövürdə apardığı yarıtmaz siyasətinin başa çatması kimi dəyərləndirmək olar.
Belə ki, Tramp səlahiyyətə başladığı ilk gündə 100 sərəncam imzaladı. O cümlədən Baydenin imzalanan 67 sərəncamı ləğv etdi.
Həm də Bayden dövründə həyata keçirilən yardım proqramlarını 90 günə dayandırdı.
ABŞ tarixində prezidentin fəaliyyətinin ilk günündə bu qədər sənədin imzalanması baş verməmişdi.
Bu özü-özündə Trampın hakimiyyətə yeni bir ruhla qayıtdığının göstəricisidir".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Donald Trampın təntənəli inaqurasiya mərasiminin keçirilməsinə, eyni zamanda onun prezident kimi siyasətdə hansı işləri görməsinə, o cümlədən ABŞ-Azərbaycan münasibətlərindəki vəziyyətə münasibət bildirərkən deyib.
Deputatın fikrincə, Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yeni bir müstəvidə inkişaf edəcək: "Tramp üçüncü dünya müharibəsinin baş verməsinin qarşısını alacağını, Rusiya-Ukrayna, Yaxın Şərq müharibələrinin dayandıracağını bəyan edib.