Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri olan “Medicare” və “Medicaid”-in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” media platformasında açıqlama verib.
O, açıqlamasında Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunub.
Həmçinin onun Amerika səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb. Mehmet Öz kimdir?
Mehmet Öz 11 iyun 1960-cı ildə atası Bozkır və Konya əsilli, həm də həkim olan Mustafa Özün işlədiyi Klivlenddə anadan olub.
O, türk əsilli amerikalı həkim, aparıcı və siyasətçidir. “The Dr. Oz Show” televiziya proqramının aparıcısı olub.
Kolumbiya Universitetinin sədr müavini və cərrahiyyə professoru olan Öz “New York Presbyterian” xəstəxanasında Ürək-Damar İnstitutu və Tamamlayıcı Tibb Proqramını idarə edir.