Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vladimir Zelenskini “seçkisiz diktator” adlandıran ABŞ Prezidenti Donald Tramp 200 faiz haqlıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Seçkisiz diktator, Zelenski tələssə yaxşı olar, yoxsa ölkəsindən heç nə qalmayacaq. Əgər siz üç ay əvvəl mənə desəydiniz ki, bunlar Amerika prezidentinin sözləridir, mən gülərdim. Donald Tramp 200% haqlıdır", - Medvedev X-də yazıb və Zelenskini "müflis təlxək" adlandırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp Zelenskini diktator adlandırıb və onu seçki keçirməkdən imtina etməkdə ittiham edib.