Trampın Zelenskiyə Moskvanı vur çağırışı... Kreml

15.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskini Moskva və Sankt-Peterburqu vurmağa çağırması ilə bağlı mətbuatda yayılan xəbərlərin feyk ola biləcəyini güman edir.

Axar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə ritorikanın indi ortaya çıxmadığını bildirib.

"Bir qayda olaraq, onların hamısı çox vaxt feyk olur. Bəzən bəzi ciddi sızmalar olur, o cümlədən əvvəllər çox hörmətli saydığımız nəşrlərdə”, - Peskov "Vaşinqton Post"da dərc olunan məlumatı şərh edərkən deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью