Trampla bağlı qalmaqallı açıqlama: Yeniyetmə qızlarla...

17.07.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


ABŞ prezidenti Donald Tramp və sabiq maliyyəçi Cefri Epşteyn azyaşlı qızlarla birlikdə qumarxanalara gedib.

Bakupost.az xəbər verir ki, bu barədə CNN telekanalına 1987–1990-cı illərdə “Trump Plaza, Hostel and Casino” şirkətinin baş direktoru vəzifəsində çalışmış Cek O'Donnell məlumat verib.

Onun sözlərinə görə, Tramp və Epşteyn bir dəfə bazar günü gecə saat 01:30-da kazinoya gəliblər.

“Bilirsiniz, iki dost idi. Onlarla birlikdə üç qız vardı”, - o deyib.

O'Donnell bildirib ki, həmin vaxt Oyunlara Nəzarət Komissiyası onu gözləyirmiş və bu komissiya qızların kazinoya girmək üçün çox gənc olduğunu öyrənib:

"Onların 19 yaşı var idi. Nəticədə qızlar həbs edildi".

Lalə,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью