Trampla bağlı yeni iddia: vəzifədən erkən gedəcək? | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın ikinci dəfə vəzifəyə gəldiyi qısa müddətdə verdiyi radikal qərarlar və yeni hökumət üzvlərinin səsləndirdiyi fikirlər ölkədə, o cümlədən Avropada və bütün dünyada ciddi naraılığa səbəb olub.
Bəzi ekspertlərin fikrincə, Tramp bu gedişlə yaxın iki ildə səlahiyyət müddəti tamamlanmadan hakimiyyəti itirə bilər.
Ağ Ev rəhbərinin birinci prezidentliyi dövrü də bu cür addımlar və ünvanına səsləndirilən təhdidlərlə yadda qaldı.
Onun bir neçə dəfə impiçment məsələsi gündəmə gəlmişdi, amma çətinliklə də olsa, səlahiyyət müddətini başa vura bildi.
İndi də onun və komandasının qəbul etdiyi daxili və xarici siyasətə dair qərarları, hətta mənsub olduğu partiyada, Konqresdə etirazla qarşılanır.
Trampın qərarlarının nəticəsi onun üçün necə olacaq? ABŞ prezidenti vaxtından əvvəl vəzifəsindən uzaqlaşdırıla bilərmi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Donald Trampın ikinci hakimiyyət dönəmi birincidən daha rahat keçir: “Çünki o, ikinci dönəmə çox ciddi siyasi mübarizə nəticəsində yiyələnib.
Tam oxu
Xəbəri oxu