Trampla Bayden Rusiyanı “bitirmək” üçün razılığa gəlib ŞOK İDDİA | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verməsindən sonra ötən son 10 gündə dünya ən çox bu məsələni müzakirə edir.
Artıq Rusiyanın nüvə silahına əl atacağı və III dünya müharibəsinin başlaya biləcəyi ehtimallarından söz açılır.
Baydenin bu icazəsi ətrafında bəzi iddialar yayılıb ki, onlardan biri noyabrın 5-dəki prezident seçkilərində qalib gələn və gələn il yanvarın 20-dən vəzifəsinin icrasına rəsmən başlayacaq Donald Trampla bağlıdır.
Belə bir iddia var ki, bu razılıqla bağlı Baydenlə Tramp arasında razılıq əldə olunub. Bu iddia da kifayət qədər əsaslı görünür.
Çünki, icazənin verilməsindən 4 gün öncə Tramp Ağ Evə gələrək Baydenlə görüşmüşdü.
Bu görüş barədə onların hakimiyyətin dinc yolla ötürülməsinin zəruriliyi barədə razılığa gəldiyi qeyd olundu.
Amma şübhəsiz ki, Ukrayna savaşının da müzakirə edildiyi mütləq idi.
Tam oxu
Xəbəri oxu