Trampla bu şərtlə görüşəcəm Yeni baş nazir

13.03.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Kanadanın yeni seçilmiş baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın ölkənin suverenliyinə hörmət nümayiş etdirəcəyi təqdirdə onunla danışıqlara hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki,  bu  barədə CNN telekanalı məlumat dərc edib. 

"Mən lazımi vaxtda prezident Trampla görüşməyə hazıram, ancaq Kanadanın suverenliyinə hörmət olunarsa", - kanal siyasətçidən sitat gətirib. 

Karni əlavə edib ki, görüş yalnız Trampın “ticarət münasibətlərinə hərtərəfli yanaşma” üzərində işləməyə hazır olduğu halda mümkün olacaq.

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью