Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Livandakı “Hizbullah” hərəkatı ilə atəşkəsə necə nail olmağı müzakirə edir.
Yenisabah.az “The Washington Post”a istinadla xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən məlumatlı mənbə bildirib.
İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-a səfəri zamanı Ağ Evə getməzdən əvvəl Trampın Mar-a-Laqo malikanəsində olub.
Trampın iqamətgahında müzakirələr atəşkəs təklifi üzərində qurulub.
Danışıqlarda yeni seçilmiş prezidentin kürəkəni Cared Kuşner də iştirak edib.
İsrail tərəfinin şərtlərinə Hizbullah qüvvələrinin Livandakı Litani çayı üzərindən çıxarılması, habelə sonrakı danışıqların nəticəsiz qalacağı təqdirdə İsrail qoşunlarının Livan ərazisində quru əməliyyatlarını bərpa etmək imkanları var.
Gözlənilir ki, Livan hərbçiləri ABŞ və İngiltərənin nəzarəti altında ən azı 60 gün ərzində İsraillə sərhədi nəzarət edəcək.