Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqlara başlayıblar.
"Yeni Sabah" xəbər verir ki, Putin ikigünlük işgüzar səfər üçün Çinə gəlib.
Danışıqların protokol hissəsində Si Cinpin iki ölkənin münasibətlərini yeni tip böyük dövlət münasibətləri üçün bir model adlandırıb və onları dağla müqayisə edib: Onlayn mağaza
"Güclü liderliyimiz altında Çin-Rusiya münasibətləri dünyada baş verən hər hansı bir çətinliyə baxmayaraq, dağ kimi sabit olub və qalmaqdadır".
Putin cavab olaraq iki ölkənin işinin "yüksəlişdə" olduğunu və xarici siyasət əlaqələrinin sabit olduğunu bildirib. O, Moskva və Pekinin daha ədalətli "çoxqütblü dünya nizamı" üçün birgə mübarizə apardıqlarını söyləyib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, dövlət başçıları genişləndirilmiş tərkibdə danışıqlarda enerji, maliyyə, yüksək texnologiya və süni intellekt məsələlərini müzakirə edəcəklər. O, liderlərin daha sonra Ukrayna və Koreya yarımadası da daxil olmaqla xarici siyasətə diqqət yetirəcək məhdud formatda işgüzar səhər yeməyinə keçəcəklərini bildirib.
Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş sabaha planlaşdırılır.