Trampla görüşüb, Ərdoğanla danışmağa gedir Gündəmdə müharibədir

25.11.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

İki gün əvvəl Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşən NATO Baş katibi bu gün Ankaraya gələcək.

Teleqraf.com xəbər verir ki, Rutte səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcən Tayyib Ərdoğan, müdafiə naziri Yaşar Gülər ​​və müdafiə sənayesi rəsmiləri ilə görüşəcək.

Ərdoğan-Rutte görüşünün əsas mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq. Müharibədəki son hadisələrin müzakirə ediləcəyi görüşdə Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı hücumda yeni ortamənzilli raketdən istifadəyə görə NATO-nu məsuliyyət daşımaqda ittiham etməsinə də toxunulacaq.

Rusiyanın yeni raket sisteminin (“Oreşkin”) döyüş meydanındakı sınaqlarına dair açıqlamaları və bu raketlərdən istifadənin təsirlərinin müzakirə olunacağı səfər çərçivəsində Ankaranın nüvə müharibəsi riski ilə bağlı xəbərdarlıq edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью