Trampla işləmək istəməyən prokuror evində ölü tapılıb

23.03.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin keçmiş prezidenti Co Bayden tərəfindən vəzifəyə təyin edilmiş keçmiş prokuror Cessika Aber Virciniya ştatının İsgəndəriyyə şəhərindəki mənzilində ölü tapılıb.

“Cebheinfo.az” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Yerli polisin məlumatına görə, qadının meyiti martın 22-də səhər saatlarında aşkar edilib.

“Məmurlar mərhum qadın tapıblar. Polis Departamenti qadının şəxsiyyətini təsdiq edib, 43 yaşlı Cessika Aber, ABŞ-nin Virciniya ştatının Şərq Bölgəsi üzrə keçmiş prokurorudur”, - deyə məlumatda bildirilir.

Öz növbəsində, “Fox News” kanalı Aberin Bayden tərəfindən təyin edildiyini və 2021-ci ildən 2025-ci ilə qədər ABŞ prokuroru vəzifəsində çalışdığını açıqlayıb. Qadın yanvar ayında Prezident Donald Trampın andiçmə mərasimindən az sonra istefa verib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidentinin oğluna qarşı irəli sürülən ittihamları araşdırmaq üçün Ədliyyə Nazirliyi tərəfindən təyin edilmiş xüsusi prokuror Devid Veysnin ictimaiyyətə açıqlama vermədən istefa verdiyi bildirilirdi.

Xəzər
“Cebheinfo.az”

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью