Trampla jurnalist arasında qalmaqal: Putinin bu hərəkəti hörmətsizlikdir FOTO

10.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Ağ Ev rəhbəri Donald Tramp Rusiya lideri Vladimir Putinin ona qarşı hörmətsizlik nümayiş etdirməsi fikri ilə razılaşmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ lideri bunu öz təyyarəsinin göyərtəsində jurnalistlərlə keçirdiyi brifinq zamanı edib.

"The Washington Post" qəzetinin müxbiri bildirib ki, Putinin Ukraynanın işğalını davam etdirməsi ABŞ prezidentinə hörmətsizlikdir.

-Kim? Kim? - Tramp təəccüblə soruşub.

- Prezident Putin sizin orada sülh əldə etməyə çalışdığınız zaman Ukraynanı işğal etməklə sizə qarşı hörmətsizlik göstərir, - deyə jurnalist fikrini təkrarlayıb.

- O nə edib? - deyə ABŞ prezidenti soruşub.

- O, Ukraynanı işğal edir, - deyə jurnalist cavab verib.

- O, mənə hörmətlə yanaşmır?... Harada işləyirsiniz? - deyə Tramp jurnalistdən soruşub.

- Maykl Börnbaum, "Washington Post", - deyə jurnalist özünü təqdim edib.

- Siz mənim etimadımı itirdiniz. Davam edək, - deyərək Tramp digər suallara keçib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью