Trampla naharın qiyməti açıqlanıb

05.03.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trampla Mar-a-Laqo iqamətgahında təkbətək nahar etmək imkanı təxminən 5 milyon dollara başa gələ bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerikanın "Wired" jurnalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu məbləğə vətəndaşlar Amerika lideri ilə şəxsən nahar etmək imkanı əldə edə bilərlər.

Eyni zamanda, nəşr yazır ki, ötən həftə Mar-a-Laqoda bir neçə nəfər üçün şam yeməyi təşkil edilib, tədbirdə iştirak etmək imkanı üçün hər bir qonaqdan 1 milyon dollar tələb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью