Trampla necə dil tapmaq olar? Merkeldən məsləhət

19.01.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Almaniyanın keçmiş kansleri Angela Merkel avropalı siyasətçilərin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla necə ünsiyyət qurmalı olduqalrı barədə danışıb. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Merkelin sözlərinə görə, avropalı siyasətçilər Trampı dəyişə bilməz, lakin onunla dil tapa bilərlər. O, həmçinin Trampı qeyri-adi dövlət başçısı adlandırıb və onun ABŞ-nin qanuni maraqlarını qoruduğunu qeyd edib.

Merkel bildirib ki, ABŞ-nin seçilmiş prezidenti münasibətlərdə hər iki tərəfin qalib olmasına inanmır. Trampa görə mütləq şəkildə uduzan və udan tərəflər olur. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью