Trampla Netanyahu arasında telefon danışığı baş tutdu

08.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” İsrail rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, telefon danışığı Trampın İsrail və İranın dərhal atəşkəs istədiyini bildirməsindən əvvəl baş tutub.

Qeyd edək ki, ötən gecədən başlayaraq, İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehran daxil olmaqla, İranın bir neçə şəhərini vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью