Trampla Netanyahu telefonda danışıb İrana hücumla bağlı müzakirə aparılıb

18.06.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar İrana hücumun detalları ətrafında müzakirə aparıblar.

İsrail mediası yazır ki, Donald Tramp İsrailə tam dəstək vədini yeniləyib, Baş nazir isə buna görə bir daha ona və ABŞ-a təşəkkür edib.

Onu da qeyd edək ki, telefon danışğının Trampın "İran heç bir şərt olmamdan şərtsiz təslim olmalıdır" xəbərdarlığından az sonra baş verdiyi deyilir. 

Samir MUSAYEV
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью