GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu 29 dekabr 2025-ci il tarixində ABŞ prezidenti Donald Trampla Florida ştatındakı Mar-a-Laqo iqamətgahında görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail hökumətindəki mənbəyə istinadən “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, dünənki açıqlamasında Netanyahu bildirib ki, Yaxın Şərqdə sülh sazişlərinin genişlənməsi üçün imkanlar yaranıb və bu məsələlər Trampla planlaşdırılan görüşdə müzakirə olunacaq.
Bundan əvvəl Netanyahunun ofisi Donald Trampın baş naziri yaxın gələcəkdə “Ağ Ev”ə dəvət etdiyi haqda məlumat yayıb.
Əliyar Xəlil