Trampla Paşinyan arasında telefon danışığı olub

08.08.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müzakirələr TRIPP layihəsinin hazırkı vəziyyətinə həsr olunub

Bundan əlavə, Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə keçirilmiş Sülh Sammitinin təşkilinə, həmçinin Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul edilmiş sülh bəyannaməsini şahid qismində imzalamasına görə Trampa təşəkkürünü bildirib. Ermənistanın Baş nazirinə görə, sülhün bərqərar olmasında ABŞ Prezidentinin şəxsi səyləri həlledici rol oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью