Trampla Pezeşkian qeyri rəsmi görüşə bilər Məhəmmədrza Arif

05.02.2025

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın görüşü İslam Respublikası hökumətinin gündəliyində yoxdur.

Adalet.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın birnci vitse-prezidenti Məhəmmədrza Arif Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidə jurnalistlərə açıqlamasında bildirib.

O, Donald Trampla Məsud Pezeşkian arasında görüş ehtimalı ilə bağlı bunları deyib:

“Hazırda İran İslam Respublikasının gündəmində belə bir məsələ yoxdur. Ancaq iki şəxs arasında görüş baş tuta bilər”.

Bu günlərdə Donald Tramp Məsud Pezeşkianla görüşə hazır olduğunu bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью