Trampla Putin arasında nələr müzakirə olunub? Peskov detalları açıqladı

13.02.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Kreml Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünün kifayət qədər operativ hazırlanmasının vacibliyini görür".

"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı açıqlamasında deyib ki, hər iki lider köməkçilərinə yüksək səviyyəli görüşün hazırlanmasına dərhal başlamağı tapşırıb:

“ABŞ ilə dialoq aparmaq üçün danışıqlar qrupu formalaşdırılır. Trampın Moskvaya dəvət edilməsi onun Qələbə Günündə iştirak edəcəyi anlamına gəlmir. Danışıqlar zamanı Krım və Rusiyaya yeni “qoşulan” dörd regionun tanınması məsələsi müzakirə olunmayıb.

Ukraynada mümkün sülh danışıqlarının formatı hələlik bəlli deyil, buna görə də Avropanın iştirakı barədə danışmaq tezdir. Bu söhbət vacibdir, çünki Rusiya və ABŞ liderləri uzun müddətdir birbaşa əlaqə saxlamırdılar. İndiki ABŞ administrasiyası münaqişənin dayandırılmasını vacib sayır, Kreml də dialoqa açıqdır”.

O da bildirilib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi mövzusu müzakirə olunmayıb.

Səbinə

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью