Trampla Putin nə vaxt görüşəcəklər? | Icma.az
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Tramp ilə Putinin mümkün görüşü artıq bir müddətdir ki, müzakirə edilən əsas məsəl
Bu görüşün mümkün nəticələri istisnasız olaraq Rusiya-Ukrayna müharibəsinin taleyini həll edəcək əsas məqam ola bilər.
Ona görə də, iki lider arasında münasibətlərin müsbət istiqamətdə davam etməsi qlobal sistemi arzuolunan nəticəyə daha sürətli yaxınlaşdıra bilər.
Təbii ki, arzuolunan nəticə deyəndə ilkin mərhələdə tərəflər arasında atəşkəsin əldə edilməsi başlıca hədəf olaraq ifadə edilməlidir.
Uzunmüddətli hədəfdə müharibəyə son qoyulması isə gələcək görüşlərin intensivliyindən və qəbul ediləcək qərarların icra mexanizminin uğurlu olub-olmamasından asılı ola bilər".
Bunu Oxu.Az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O bildirib ki, indiki məqamda Tramp-Putin görüşü labüd xarakter daşıyır: "Çünki artıq üç ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, beynəlxalq sistemdə, xüsusilə də Qərb periferiyasında Rusiyaya qarşı yekdil mövqe olmadığı üçün hədə ritorikası və ya Kiyevin silahlandırılması hərbi əməliyyatları bitirmək üçün yetərli deyil.
Ona görə də, mütləq şəkildə tərəflər arasında danışıqlar bərpa olunmalıdır".
Tam oxu
Xəbəri oxu