Trampla Putin nədə anlaşdı? Bakıdan reaksiya

18.03.2025

Tribuna saytına istinadən Icma.az xəbər verir.

“Trampla Putin atəşkəs danışıqları aparır. Lakin tezliklə atəşkəs olmayacaq”. Tribunainfo.az-a danışan hüquq müdafiəçisi Xəzər Teyyublu bugünkü danışıqlar haqda belə deyib.

Onun fikrincə, atəşkəs üçün şərtlər bütün tərəflər üçün məqbul olmalıdır. “Rusiya yerdəki reallığı tələb edir. Kiyev təhlükəsizlik zəmanəti istəyir. Vaşinqton isə deyir ki, atəşkəsə gedin, sonrasına baxarıq. Ona görə də mürəkkəb vəziyyət yaranıb. Yəqin ki, danışıqların nəticəsi haqda Zelenskiyə məlumat veriləcək, sonra onun mövqeyi öyrəniləcək. Yəni ağır prosesdir və atəşkəs asan əldə olunmur”.

Firuz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью