Trampla Putin yenidən nə vaxt görüşəcək?

16.08.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov növbəti görüşün vaxtını bilmir.

“Cebheinfo.az” xəbər verir ki, Putinin köməkçisi Putinlə Trampın növbəti görüşünün nə vaxt və harada keçiriləcəyinin hələ məlum olmadığını bildirib.

O, qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp əvvəlcə digər həmkarlarına zəng edərək, onlarla indiki danışıqların nəticələrini müzakirə edəcək. Sonra onun hansı qərar verəcəyini biləcəyik.

“Onun qərarından sonra biz də hansı qərarı verəcəyimizi söyləyəcəyik”, - deyə Uşakov bildirib.

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью