Trampla Putinin telefon danışığı olub? Kremldən AÇIQLAMA

16.12.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Kreml Putinlə Tramp arasında yeni telefon danışığının olduğunu təsdiqləməyib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə sonuncu dəfə Rusiya və ABŞ liderlərinin bu ilin oktyabr ayının 16-da telefon danışığı apardıqlarını söyləyib.

Kremlin sözçüsü həmin vaxtdan sonra Putin və Tramp arasında telefon danışığı olmadığını söyləyib.

Qeyd edək ki, dünən ABŞ mətbuatı prezident Trampa istinadən Putinlə yeni telefon danışığının olması haqqında məlumat yayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью