Trampla yenidən yaxınlaşmaq üçün sərvət ödədi

03.02.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Amerikalı milyarder İOlon Mask Respublikaçılar Partiyasının seçki fondlarına 10 milyon dollar bağışlayaraq ABŞ prezidenti Donald Trampla əlaqələrini bir daha möhkəmləndirib.

"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Federal Seçki Komissiyasının sənədlərinə istinadən məlumat yayıb. 

Yanvar ayında Mask Senat və Nümayəndələr Palatasının namizədləri üçün əsas maliyyələşdirmə komitələrinə hər biri 5 milyon dollar bağışlayıb. Bu ianələr onun 2026-cı il ara seçkilərindən əvvəl respublikaçılara geniş dəstəyinin bir hissəsidir və Trampdan bir müddət uzaqlaşdıqdan sonra partiya siyasətində aktiv iştirakına qayıtdığını göstərir.

Mask əvvəllər administrasiyanı tənqid etmiş və hətta öz siyasi qüvvəsini yaratmaq planlarını açıqlamışdı, lakin onun son maliyyə yardımları onun rəqib partiya ideyasından imtina etdiyini və yenidən Respublikaçılar düşərgəsinin əsas donorlarından biri olduğunu göstərir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью