Trampla Zelenskinin görüşəcəyi tarix açıqlandı

23.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Sentyabrın 23-də ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək".

Oxu.Az bildirir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Sentyabrın 23-də ABŞ lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək, o cümlədən qlobalist institutların dünya nizamını necə pisləşdirdiyi barədə nitqlə çıxış edəcək", - deyə Levitt vurğulayıb.

Onun sözlərinə görə, Tramp, həmçinin BMT-nin baş katibi, Ukrayna, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью