Tramplin adamları Kremldədir

02.12.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gedib.

Modern.az bu barədə TASS-a istinadən xəbər verir.

Danışıqlardan əvvəl ABŞ prezidentinin elçisi Stiven Uitkoff və Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Moskvada Mişlin ulduzlu restoranda nahar ediblər.

Danışıqlarda Ukrayna ilə bağlı “sülh planı” müzakirə olunacaq. Donald Trampın xüsusi nümayəndəsinin Rusiya tərəfinə planın yeni variantını təqdim edəcəyi gözlənilir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью