TrampPutin DUELİ REALLAŞIR? Məkan və tarix AÇIQLANDI

05.01.2025

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında görüşün bu ilin martına planlaşdırıldığı iddia edilir.

Publika.az xəbər verir ki, bu barədə Almaniya Xristian Demokrat İttifaqının (CDU) nümayəndəsi Roderiç Kiesevetter "X" sosial şəbəkəsində yazıb.

“Hazırda Tramp-Putin görüşü mart ayına planlaşdırılır. Hər kəs bunu öz bildiyi kimi mühakimə edə bilər”, – siyasətçi yazıb.

Lakin o, bu məlumatın təsdiqini təqdim etməyib.

Hüsen İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью