Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Dünya nizamını necə bərpa etmək olar..?
...Donald Trampın Ağ Evə qayıtması ilə ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra yaratdığı dünya nizamı təhlükə altındadır.
SİA-nın məlumatına görə, bunu xarici işlər jurnalı üçün Avstraliyanın keçmiş Baş naziri Malkolm Ternbull yazır.
...ABŞ prezidenti Qrenlandiyanı qəsb və Kanadanı ilhaq etmək cəhdlərindən tutmuş Panama kanalını ələ keçirmək təhdidlərinə qədər müttəfiqlərinin suverenliyini hədələyir.
...Ticarət müharibəsi, Paris iqlim sazişindən və ÜST-dən çıxma, eləcə də beynəlxalq yardımın məhdudlaşdırılması Trampın rəhbərliyi altında ABŞ-ın etibarlı tərəfdaş rolundan imtina etdiyini göstərir.
...Tramp beynəlxalq normalara və əməkdaşlığa məhəl qoymadan “kimdə qızıl varsa, haqlıdır” prinsipi ilə fəaliyyət göstərir.
Kollektiv təhlükəsizliyə və ədalətə əsaslanan dünya dağılır.
Müttəfiqlər dərk etməlidirlər ki, köhnə Amerikaya qayıtmağa ümid etmək təhlükəli illüziyadır.