Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? AÇIQLAMA

30.01.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mehdiabaddan “28 May” metrostansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

Uzun fasilədən sonra Bakıda yenidən tramvay xəttinin çəkilməsi şəhərin nəqliyyat yükünün azalmasına təsir edəcəkmi?

Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu sistemin təsiri Bakı şəhərinə yönələcək:

"Əgər sistem Bakıda qurulursa, təbii ki, paytaxta birbaşa təsir göstərməlidir. Burada əsas məqsəd Bakıda sərnişin axınının müəyyən formada tənzimlənməsidir. Layihə çərçivəsində əsas hədəf ərazilər kimi Mehdiabaddan "28 May" istiqaməti, “Sea Breeze” və Bayıl əraziləri nəzərdə tutulub. Çünki bu ərazilərdə metro və ya dəmir yolu xətləri mövcud deyil. Bu səbəbdən sərnişin yükünü yalnız avtobuslar daşımaqda çətinlik çəkir. Nəticə etibarilə avtobuslara alternativ olaraq tramvayların da istismara verilməsi planlaşdırılır. Hazırda layihələndirmə işləri aparılır və ehtimal olunur ki, yaxın iki il ərzində bu işlərə başlanılacaq və müəyyən nəticələr əldə olunacaq. Ümumilikdə isə şəhərdə bu cür nəqliyyat növlərinin mövcudluğu alqışlanmalıdır. Çünki ictimai nəqliyyatın alternativləri nə qədər çox olarsa, sərnişin axını bir o qədər bölüşdürülür və nəticədə hər hansı bir nəqliyyat növünün üzərinə düşən yük azalır".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью